» » Atasının sevgilisini rüsvay etdi

Atasının sevgilisini rüsvay etdi

Atasının sevgilisini rüsvay etdi
Atasının sevgilisini rüsvay etdi "Black Sabbath" qrupunun solisti Ozzy Osbourne ilə dizayner Mişel Pughunun sevgili olduğu deyilir. Bu xəbər müğənninin 31 yaşlı televiziya aparıcısı olan qızı Kelly Osbourneni qəzəbləndirib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, qızı atasından intiqam almaq üçün maraqlı bir üsula əl atıb. O, dizayner xanımın telefon nömrəsini Twitter hesabına çıxararaq, "Ucuz seks axtaran varsa, əlaqə saxlasın" sözünü yazıb. Telefon nömrəsi Osbourneunun 4 milyon izləyicisi olan Twitter hesabında paylaşılandan bir neçə saat sonra söndürülüb.

Qeyd edək ki, 67 yaşlı Ozzy Osbourne ilə 63 yaşlı həyat yoldaşı Sharon, 34 illik evliliyini bu ilin mayında bitiriblər. Deyilənlərə görə, Sharon həyat yoldaşının elektron poçtunda gizli məhəbbət mesajları tapıb.

"Olanlara inanmıram. Hər hansı xəbəri oxumaqdan çəkinirəm. Yarama duz basmayın". Sharon həyat yoldaşı ilə barəsində çıxan xəbərləri oxuyarkən əsəbi halda bu sözləri deyib.

Boşanmaq üçün vəkili ilə görüşən Sharonu fikrindən daşındırmaq istəyən Ozzy Osbourne sevgisindən ayrıldığını desədə, xanımını buna inandıra bilməyib. Sharon həyat yoldaşının onu xidmətçisi ilə aldatdığını da söyləyib.

Atasının sevgilisini rüsvay etdi