» » Cennifer xəstə anasını hələ də bağışlamır

Cennifer xəstə anasını hələ də bağışlamır

Cennifer xəstə anasını hələ də bağışlamır
Cennifer xəstə anasını hələ də bağışlamır

Aktrisa Cennifer Eniston bazar günü halı pisləşərək xəstəxanaya qaldırılan 79 yaşındakı anasının ziyarətinə getməyib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı Eniston keçmişdə verdiyi bir müsahibəsində belə demişdi:

"Anamla heç bir zaman yaxın bir əlaqəmiz olmadı. O, bir model idi. Məni davamlı tənqid edirdi. Hər zaman möhtəşəm, cəzbedici, mükəmməl idi. Və mən elə deyildim, əsla da olmayacaqdım. Çox kinli və hirsli idi. Davamlı mübahisə edirdik. Mənə tez-tez bağırırdı. Bundan çox yorulmuşdum “.

Anasının qonşuları isə "Cennifer yalnız istiqrazlarını ödəyir. Onu bu günə qədər burada yalnız iki dəfə gördük. Onu ziyarətə gəlmir. Anasını heçvaxt bağışlamaq istəmir" ifadələrini deyiblər.

Qeyd edək ki, C.Enistonun anası, köhnə model və aktrisa Nany Doudur. O, qızının həyatı haqda yazdığı kitaba görə münasibətləri pozulmuş, bu kitabdan sonra Eniston anasını toyuna dəvət etməmişdi.