» » "Kiralık aşk"ın Dəfnəsini sevgilisi tək qoydu

"Kiralık aşk"ın Dəfnəsini sevgilisi tək qoydu

"Kiralık aşk"ın Dəfnəsini sevgilisi tək qoydu
"Kiralık aşk"ın Dəfnəsini sevgilisi tək qoydu

"Kiralık aşk" serialının aktrisası Elçin Sangu sevgilisi Yunus Özdikenlə ötən gün Ortaköy səmtində görünüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir kafedə nahar edən cütlük daha sonra zinyət mağazasına baş çəkiblər. Çıxışda jurnalistləri qarşısında görən Özdiken, kameralara düşməmək üçün sürətli addımlarla aktrisadan uzaqlaşıb. Elçin Sangu sevgilisinin onu tək qoyub getdiyi üçün pis vəziyyətə düşüb.

Ayaqüstü mətbuat nümayəndələrinin suallarını cavablandıran Sangu, ötən günlərdə keçirdiyi xəstəliyindən danışaraq "Çox şükür, sağalmışam, istirahətə ehtiyacım var" deyib.

"Kıralık aşk"ın son bölümündəki açıq səhnələrə sevgiliniz qısqanıb?" - sualına isə aktrisa belə cavab verib:

"Qısqanmır. Tərəf müqabilim Barış dostumuzdur. Üçümüz tez-tez görüşürük".