» » "Oktayla ayrılmadıq" - Deniz Çakır

"Oktayla ayrılmadıq" - Deniz Çakır

"Oktayla ayrılmadıq" - Deniz Çakır
"Oktayla ayrılmadıq" - Deniz Çakır Aktrisa Deniz Çakır teatr aktyoru Kadir Çermik ilə sevgili olma xəbərlərinə etiraz edib.

Axşam.z-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, meneceri vasitəsilə açıqlama yayaraq, restoranda əl-ələ görüldüyü Çermikin eyni tamaşada rol aldığı dostu olduğunu vurğulayıb. Eyni zamanda daha öncə heç vaxt açıqlama vermədiyi, aktyor Oktay Kaynarca ilə münasibətini də etiraf edərək onunla münasibətinin davam etdiyini bildirib:

"Bu gün mediada yayılan xəbərlər tamamilə əsassızdır. Tamaşada birgə səhnəyə çıxan ikili o gecə nümayişdən sonra digər dostları ilə birgə yemək yeyib. Deniz Oktayla ayrılmayıb".

Qeyd edək ki, D.Çakır və O.Kaynarca "Eşkiya dünyaya hükümdar olmaz" serialında tərəf müqabilidirlər.

"Oktayla ayrılmadıq" - Deniz Çakır