» » Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)

Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)

Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)
Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - fotolar Pixee Foks adlı bir qadın ən çox sevdiyi cizgi film qəhrəmanı “Cessica Rabbit”ə bənzəmək üçün 17 estetik əməliyyat keçirib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, estetik əməliyyatla 6 qabırğasını çıxartdıran, sinəsini böyüdən 25 yaşlı gənc qadın xəyal etdiyi “Braziliya ombbası”na sahib olub. Foks bütün əməliyyatlara 80,000 funt-sterlinq xərcləyib. Hazırda sahib olduğu bədən ölçüləri onu dünyada məşhur edib. Belini 40 sm ölçüyə gətirə bilmək üçün hər gün 24 saat bel korseti geyinən Pixee oktyabrda daha bir estetik əməliyyata hazırlaşdığını bildirib.

O, keçirdiyi bir sıra estetik əməliyyatlardan sonra belə bir açıqlama verib:

"Qabırğamın 6-nı bir əməliyyatda çıxartdırdım. Buna cəsarət edən ilk və yeganə adamam. Bədənimə zərər vermədən, estetik əməliyyatları davam etdirəcəm. Bəzən insanlar yanıma gəlib lağ edərək, "cizgi film xarakterlərinə bənzəyirsən" deyirlər. Bunları kompliment kimi qəbul edirəm".

Hazırda Amerikada yaşayan Foksun Instaqram hesabında 85 min izləyicisi var. Model kimi çalışan gənc qadın görkəmindən olduqca məmnun olduğunu bəyan edib.

Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)

Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)

Cizgi filmi qəhrəmanına bənzəmək üçün özünü bu hala saldı - (FOTO)