» » Teleaparıcının həyatı təhlükədə

Teleaparıcının həyatı təhlükədə

Teleaparıcının həyatı təhlükədə
Teleaparıcının həyatı təhlükədə

Əfsanəvi basketbolçu Erman Kunterin teleaparıcı qızı Roksan Kunter təhdidlə üzləşib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Roksan elektron ünvanına gələn ismarıca daxil olarkən haker hücumuna məruz qalıb. Hakerlər Kunterin mobil telefonundakı bütün şəxsi foto və video materialları ələ keçirib.

Teleaparıcıya mesaj atan hakerlər onu təhdid edərək " Əgər 100 min dollar verməsən, bütün video və fotoşəkillərin sosial mediada yayılacaq” deyib.

Polisə şikayət edən aparıcı, "şantaja məruz qalmışam. Mən evli, uşaqlı, sakit yaşayan biriyəm. Mənimlə bunların nə işi var?” deyərək, dələduzların tutulmasını istəyib.

Qeyd edək ki, Roksan Kunter 2-ci Abdülhamitin nəvələrindən olan Osman Nami Osmanoğlunun nəvəsi, məşhur basketbolcu Erman Kunterin qızıdır.