» » Üçüncü uşağının atasının adını açıqladı

Üçüncü uşağının atasının adını açıqladı

Üçüncü uşağının atasının adını açıqladı
Üçüncü uşağının atasının adını açıqladı

Boşanmağa qərar verdiyi əri Brayan Ostin Greendən üçüncü dəfə hamilə qalaraq hər kəsi təəccübləndirən Meqan Foks maraqlı açıqlama verib.

Ucarliyiq.biz xarici mətbuata istindən xəbər verir ki, 30 yaşlı aktrisa "Extra" adlı proqrama qonaq olub. İki uşaq anası Foks hamilə olmağı sevdiyini deyib. Bəzi qadınların hamiləykən özlərini narahat və məhdudlaşdırmış hiss etdiklərini bildirən aktrisa, "Mən hamilə olanda özümü çox yaradıcı hiss edirəm. Uşağımla söhbət edirəm" - deyə bildirib.

Qeyd edək ki, ötən il ayrılan cütlüyün üç yaşında Noah və iki yaşında Bodhi adında iki oğlu var. Noahın daha bir qardaşının olacağını hiss etdiyini anası ilə bölüşür. Aktrisa rol aldığı "Teenage Mutant Ninja Turkles out of the Shadow"un bu günlərdə keçirilən ilk nümayişində iştirak edərkən, hamiləliyi açıq hiss olunub. Foksdan sözügedən verlişdə üçüncü uşağının atasını xəbər alanda, o, keçmiş əri Brayan Ostinin adını çəkib.