» » KıvançTatlıtuğ gözünü Hollivuda dikib

KıvançTatlıtuğ gözünü Hollivuda dikib

KıvançTatlıtuğ gözünü Hollivuda dikib
KıvançTatlıtuğ gözünü Hollivuda dikib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ Hollivud istehsalı olan filmlərlə çəkilmək arzusundadır.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir, o, bu məqsədlə Amerikada dil və aktyorluq təhsili alıb.Los-Ancelesdə özünə ev alan aktyor təhsil aldığı müddətdə oteldə qalmaqdan imtina edib.

Hazırda həyat yoldaşı Başak Dizerle Amerikada olan K.Tatlıtuğ məqsədinin məşhur film prodüserləriylə görüşmək olduğunu bildirib. Aktyora bu işində Los-Ancelesdə ona qonşu olan "Aşk-ı memnu" serialında birgə çalışdığı ssenarist və rejissor Ece Yörenç dəstək olur.

Türkiyədəki yeni serialının çəkilişləri başlayana qədər Los-Ancelesdə qalmağı düşünən aktyor, kino şirkətləri ilə danışıqları aparır.

Həyat yoldaşı karyerasını böyüdərkən, Başak Dizer həmin saatlarda şəhəri gəzir, alış-veriş edir.