» » "Həyat yoldaşıma 30 dəqiqədə aşiq oldum"

"Həyat yoldaşıma 30 dəqiqədə aşiq oldum"

"Həyat yoldaşıma 30 dəqiqədə aşiq oldum"
"Həyat yoldaşıma 30 dəqiqədə aşiq oldum"

"Muhteşem Yüzyıl" serialının ardından Çağan Irmakın rejissorluq etdiyi kino filmdə rol alan aktyor Mehmet Günsür yay tətilinə vaxt ayıra bilmir.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor "İstanbul Kırmızı" filmi üçün kamera qarşısına keçməyə hazırlaşır.

Rejissor Katerina Mongio ilə evli olan M.Günsür "Instyle" jurnalına verdiyi müsahibəsində şəxsi həyatından söz açaraq bunları deyib:

"Onun ekranlaşdırdığı filmlərdən birinin çəkiliş meydançasında tanış olduq. 30 dəqiqədə Katerinaya aşiq oldum. Film sevgi münasibətimizə görə yarımçıq qaldı. Sevgilimin başqa ölkəyə getməyini istəmədim".

Qeyd edək ki, 2006-ci ildə evlənən cütlüyün 3 uşağı var.