» » “Evdə ata fiquruna ehtiyac yoxdur”

“Evdə ata fiquruna ehtiyac yoxdur”

“Evdə ata fiquruna ehtiyac yoxdur”
“Evdə ata fiquruna ehtiyac yoxdur” Uzun fasilədən sonra ekrana qayıdan aparıcı Ece Erken şəxsi həyatı ilə bağlı açıqlama verib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Renkli sayfalar" proqramında qonaq olan aparıcı iki uğursuz evliliyndən danışıb:

"İkinci evliliyimdən olan övladımın dünyaya gəlməyinə peşiman deyiləm. Amma həyat yoldaşımla ər-arvad münasibətinə çoxdan son qoymuşam. Övladını istədiyi vaxt gəlib görə bilir. Amma onu nəinki həyatda, heç fotolarda da görmək istəmirəm”.

Ece Erken keçmiş həyat yoldaşının evlənmək istəyinə normal baxdığını bildirib.

Aparıcı “Mənimlə ailə həyatı qurmaq istəyən şəxs öncə övladıma qiymət verməlidir. Evləndiyim şəxslə 10 yaş fərqimiz olub. Sevgidə yaş önəmli deyil, birlikdə ömür sürə biliriksə, həyat budur” – deyə bildirib.

Qeyd edək ki, ikinci evliliyə bir ay ərzində qərar verən E.Erken bunun da peşimanlığını yaşadığını bildirərək bunları deyib:

“Əslində evliliyim üç aydan sonra bitəcəkdi. Amma bəzi təzyiqlərə görə evliliyimi davam etdirmək məcburiyyətində qaldım və nəhayət bitdi. Heç kim deyə bilməzki pis anayam. Həyat elə gətirib ki, artıq evdə bir ata fiquruna ehtiyac yoxdur”.