» » Çox uşaqlı məşhur analar - (FOTO)

Çox uşaqlı məşhur analar - (FOTO)

Çox uşaqlı məşhur analar - (FOTO)
Çox uşaqlı məşhur analar - fotolar

Son vaxtlar ulduzlarar asında uşaq sevgisi oyanıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, tezliklə dünyanın ən çox qazanan modellərindən biri Natalya Vodyanova beşinci dəfə ana olacaq.

Əri, məşhur futbolçu Devid Bekhemden boşanmağa hazırlaşan Viktoriyanın da 5-ci dəfə ana olmağa hazırlaşması barədə məlumatlar yazılmaqdadır. Amma tərəflərdən heç biri hələlik buna münasibətini bildirməyib.

Çox uşaqlı ailələrdən danışanda ilk yada düşən Ancelina Colidir. Özü də aktrisa 3 uşağı öz övladları anadan olmazdan illər öncə, 2002-ci ildə övladlığa götürüb. Hazırda A.Coli 6 uşağa analıq edir, onlardan 3-ü övladlığa götürülüb.

Çox uşaqlı məşhur analar - (FOTO)

Model, müğənni, hazırda isə dizayner olan Viktoriya Bekhem 4 uşaq anasıdır.Onun böyük oğlunun 17 yaşı var. Futbolçu Devid Bekhemlə münasibətlərinin çox soyuq olduğu deyilir və cütlüyün bir ölkədə yaşamadığı xeyli söz-söhbətlərə yol açır.

Çox uşaqlı məşhur analar - (FOTO)

Rusiyalı model Natalya Vodyanova da 4 uşaq anasıdır. Hazırda 5-ci uşağa hamilə olan model ilk uşağını 19 yaşında dünyaya gətirib. 32 yaşlı model uşaqları çox sevdiyini dəfələrlə müsahibələrində qeyd edir və model bədən quruluşunu məharətlə qoruyur.

Çox uşaqlı məşhur analar - (FOTO)

"Beverli-hilz" serialından sonra Tori Spellinqin şəxsi həyatında bəxti gətirib. İkinci nikahı uğurlu olduğundan o 4 uşaq dünyaya gətirib.

Çox uşaqlı məşhur analar - (FOTO)

Super model Haydi Klum da uşaqlara sevgisi ilə tanınır. İlk dəfə sevgilisindən uşaq dünyaya gətirəndən sonra Haydi başqasına ərə gedib. Bu nikahından 3 uşağı olsa da, 2012-ci ildə ərindən ayrılıb.

Çox uşaqlı məşhur analar - (FOTO)