» » Türkiyə gözəlinə vurulan rəfiqəsi həbs edildi

Türkiyə gözəlinə vurulan rəfiqəsi həbs edildi

Türkiyə gözəlinə vurulan rəfiqəsi həbs edildi
Türkiyə gözəlinə vurulan rəfiqəsi həbs edildi

"Mıss Turkey-2011" gözəli Melisa Aslı Pamukun ona aşiq olduğu iddia edilən rəfiqəsi Elif Atbaşıyla başı dərddədir.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət öncə prokurorluğa şikayət edən Melisa musiqiçi Elifin onun üzünə kislota atmaqla, ölümlə təhdid etdiyini bildirmişdi. Şikayətə baxan prokurorluq işi məhkəməyə göndərən zaman, təhdidlə üzləşən Türkiyə gözəli şikayətini geri götürmüşdü.

Lakin Melisa yenidən Elif barəsində prokurorluğa şikayət edib. Bu dəfə o, rəfiqəsi olmuş E.Atbaşı tərəfindən şantaj edildiyini söyləyib. Bəlli olub ki, E.Atbaşı M.Aslı Pamukla əlaqə saxlayaraq, "Əlimdə seks görüntülərin var. Səni hər kəsə biabır edəcəyəm" deyə bildirib.

Lakin hakim qarşısına çıxan şübhəli Elif Melisanı təhdid etmədiyini söyləyib. Amma dinlənilən şahidlər Elifin yalan danışdığını bildirib.

Məhkəmə Türkiyə gözəlinin xeyrinə başa çatıb. Elif Atbaşı Melisaya qarşı törətdiyi "təhdid" cinayətindən 6 ay, şantaja görə isə 3 ay 15 gün həbsə məhkum edilib.