» » Həbsdə olan müğənnidən xəbər var

Həbsdə olan müğənnidən xəbər var

Həbsdə olan müğənnidən xəbər var
Həbsdə olan müğənnidən xəbər var

Narkotik ticarətlə məşğul olduğu üçün həbs olunan türkiyəli müğənni Deniz Seki haqqında yeni xəbər var.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokuror Mehmet Bahadır sənətçinin yenidən mühakimə tələbinin rəddinə qərar verilməsini istəyib.

Qeyd edək ki, Deniz Seki ötən həftə vəkili tərəfindən İstanbul 12-ci Ağır Cəza Məhkəməsinə ərizə təqdim edərək, cəzasına yenidən baxılmasını tələb edib. Prokuror cinayət məcəlləsinin 311-ci maddəsinə uyğun olaraq, tələbin rəddinə qərar verilməsi üçün işi məhkəməyə göndərib. Deniz Sekinin tələbinə dair son sözü İstanbul Ağır Cəza Məhkəməsi deyəcək.

Sənətçi ərizəsində, "məhkəmədən əfv, ya da mərhəmət istəmirəm. Yeganə istəyim, yenidən məhkəmə qarşısına çıxarılmağımdır. Sizdən bunu səmimiyyətimlə tələb edirəm" - deyə bildirib.

Xatırladaq ki, D.Seki narkotik ticarətlə məşğul olduğu üçün 6 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib.