» » Ətə düşmən kəsilən məşhurlar - (FOTO)

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)
Ətə düşmən kəsilən məşhurlar - fotolar Artıq vegetarianlıq dəb deyil, insanların həyat tərzinə çevrilib. Bu qidalanma tərzinin populyarlaşmasında dünya ulduzlarının böyük rolu olduğunu qeyd etmək olar.

Ucarliyiq.biz xarici mətbuata istinadən "ət yeməyən ulduzlar" statusunu almış məşhurları təqdim edir:

Natali Portman ət yeməkdən imtina etmək haqqında qərar qəbul edəndə 8 yaşı var idi. Buna səbəb onun həkim atası ilə tibbi konfransda iştirak etməsi olub. O, cücənin üzərində aparılan təcrübənin şahidi olub. Gördüklərindən sarsılan Natali o vaxtdan bəri ət yeməkdən imtina edib. Zaman keçdikcə isə yumurta, pendir və süddən də tədricən imtina edir. Natalinin dediyinə görə, pendirdən və marmeladdan imtina etmək ona çox çətin olub. Hazırda aktrisanın rasionunda tərəvəz, müxtəlif yarmalardan hazırlanan plovlar, şorbalar və çörək var.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Demi Mur ətdən ilk dəfə arıqlamaq üçün imtina edib. Eksperimentlərin sonunda isə bu tərz qidalanma həyat tərzinə çevrilib. Bu səbəbdən 53 yaşlı aktrisa çox gözəl bədən quruluşunu qoruyub saxlayır. Aktrisanı əs lvegetarian hesab etmək olar. O, ət və süd məhsulları yemir, qəbul etdiyi qidanın 25 faizini çiy halda yeyir.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Pol Makkartni ən qocaman vegetariandır. 30 il əvvəl ət və balıqdan imtina edən keçmiş müğənni bununla kifayətlənməyib və hazırda heyvanların hüquqları uğrunda mübarizə aparır, kulinariya haqqında kitablar yazır, təbii xəzdən və dəridən tikilən geyimlər geyinmir. Yeri gəlmişkən, onun qızı Stella Makkartni də atası kimi vegeteriandır.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


[b]Madonna 15 ildir ki, ət yemir. Yoqa ilə məşğul olduqdan sonra vegetarian olmağa qərar verib. Hazırda o, yosun, meyvə, tərəvəz və düyü yeyir. Hətta müğənni rejissor Qay Riçi ilə evli olarkən Milad bayramında belə evdə ənənəvi hinduşkanın bişirilməsinə qadağa qoyub. Deyilənlərə görə, müğənninin həyat və qidalanma tərzi onun bu nikahına son qoyan çoxsaylı səbəblərdən biridir.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Aktrisa Keyt Uinslet prinsipial xarakteri ilə seçilir. Hətta Britaniya mətbuatı onu qəzəbli vegetarian adlandırır. Aktrisa heyvanlarla amansız rəftardan bəhs edən təbliğat çarxlarında çəkilir. Ulduzun rasionu meyvə-tərəvəzlərdən ibarətdir. O, sadəcə balıqdan imtina edə bilmədyini etiraf edib.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Cared Letonun ətdən imtina etməsinin səbəbi əbədi gəncliyini qorumaq istəyidir.
23 illik vegetarian stajı olan aktyor ən seksual və məşhur vegetarianların siyahısında top 10-ğa düşüb.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Xoakin Feniks uşaqlıqdan vegetariandır. Buna səbəb can verən balığı görməsi və bu hadisədən sarsılması olub.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Orlando Blumun ətdən imtina etməsinə səbəb heyvanları həddindən artıq sevməsidir. Yəqin ki, buna görə aktyor kökəlmir.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)


Enn Heteuey təzəlikcə vegetarianlığa başlayıb. Onun sözlərinə görə, o, ətdən məktəb vaxtından imtina etməyə çalışıb. Lakin iradəsi tab gətirməyib. Onun qərarını qətiləşdirməsinə səbəb isə Conatan Safran Foerin "Heyvanların yeyilməsi" kitabı olub.

Ətə düşmən kəsilən məşhurlar - (FOTO)