» » "Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)
"Barbie" bənzəmək üçün sərvət xərclədilər - fotolar

Sarı parlaq saçlar, mavi gözlər, incə bel, böyük sinə. İdeal olaraq göstərilən bu gözəllik anlayışı, "Barbie" gəlinciyində birləşib. Bir çox "Barbie" pərəstişkarı böyük pullar xərcləyərək, özünü bu gəlinciyə bənzədib və şöhrət qazanıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən "Barbie" gəlinciyinə “çevrilənləri” təqdim edir:


Cason Torres kişi olaraq dünyaya gəlib. Ancaq 12 il ərzində "Barbie" gəlinciyə bənzəmək üçün saysız-hesabsız əməliyyat keçirib. 35 yaşlı Cason Torres əvvəl cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olub və daha sonra Nikole Sanders adlanıb. 12 il ərzində Sanders, 5 dəfə döş, 4 dəfə burun, çənə və bud əməliyyatı keçirib. Eyni zamanda göz qapağını qaldırma, yanaq dolğusu, silikon inyeksiya və botoks etdirib. Bu günə qədər 200 min funt sterlinq xərcləyən Sanders, "yaxşı ki, mənə kömək olan kişi dostlarım vardır" deyib.

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)


ABŞ-da yaşayan Nannette Hammond əvvəlki və yeni görüntüsü ilə. Beş uşaq anası Nannette Hammond da "Barbie" pərəstişkarlarındandır. 42 yaşlı qadın bütün bədənini demək olar ki, əməliyyat etdirib. Buna görə, o, 70 yaşına kimi ömür sürə bilməyəcəyini deyib. İndiyə qədər üç dəfə döş estetik gözəlliyi, döşqaldırma, dodaq dolğusu, botoks, yarıqalıcı makiyaj kimi bir çox müdaxilələrlə "Barbie"yə bənzəməyə çalışan qadının keçmiş halı ilə indiki arasında yerlə göy qədər fərq var. Hammondın keçirdiyi əməliyyatların xərcini isə əri ödəyib. Hammond bu günə qədər 500 min dollar pul xərcləyib.

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)


Eşton Klarkın əvvəlki və yeni görünüşü. Universitetdə psixologiya üzrə dərs alan Eşton Klarkın ən böyük xəyalı uşaqlıqdan bəri asılı olduğu "Barbie"ə bənzəməkdir. 23 yaşında gənc qız 4 dildə danışır və eyni zamanda incəsənətlə məşğul olur. Çox utancaq olduğu üçün daha gözəl görünməyə çalışan Eşton məqsədində yanılıb. Özünü tamamilə dəyişən E.Klark artıq ciddi qəbul olunmadığına görə, məyusdur. 16 yaşından bəri şişirdilmiş makiyaj və kostyumlarla gəzən, saçını rəngləyən, solyariuma girən, taxma kirpik və kontak linzalarla özündə tamamilə başqa bir mənzərə yaradan gənc qız, bunun üçün hər gün 1000 dollar xərclədiyini deyir.

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)


Rodriqo Alvesin əvvəlki və indiki görünüşü. Braziliyada yaşayan Rodriqo Alves özünü "Barbie"nin sevgilisi Kene bənzətmək üçün bu günə qədər düz 42 dəfə bıçaq altına uzanıb. 32 yaşlı gənc dəfələrlə botoks, burun, sinə əməliyyatı keçirib. "Yaxşı görünmək üçün çox əzab çəkdim və bir mükafata özümü layiq bilirəm" deyən Alves, uşaq yaşlarından dostlarının onu məsxərəyə qoyduğunu bildirib. Söz-söhbətdən bezən Rodriqo gözəl görünmək istəyib. Eyni zamanda Gene olan sevgisini ona bənzəməkdə görüb. Alvesin bu günə qədər bu əməliyyatlar üçün ödədiyi məbləğ 305 min funt-sterlinqdir.

"Barbie" bənzəmək üçün sərvət xərclədilər - (FOTO)