» » Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)
Ulduzların seksuallıq təsəvvürləri - fotolar Tanınmışlar üçün seksuallıq nədir? Özlərində və qarşı cinsdə onlara ən cazibəli gələn nədir?

Ucarliyiq.biz xarici mətbuata istinadən məşhurların seksuallıq anlayışını təqdim edir:

Aktrisa Culianna Mur: "Mənim bütün bədənim çillidir, gəncliyimdə bundan çox utanırdım. Amma sonra buna əhəmiyyət vermədim. Hazırda bunu çox seksual hesab edirəm. Ümumiyyətlə, zaman keçdikcə insanın seksuallıq haqqında təsəvvürü çox dəyişir. Mən dırnaqları qara və qrımızı deyil, ağ rəngli boya ilə rəngləməyi sevirəm. Altpaltarı geyinməyən qadını seksual hesab etmirəm. Silikon sinə və dodaqlar seksual görünmür. Şalvar rahatdır, ətək isə qadını seksual göstərir".

Aktrisa bu açıqlamaları ilə Hollvudda səs-küy yaratmışdı.

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)


Gözəl bədən quruluşuna sahib olan Beyons hesab edir ki, öz seksuallığını gizlətmək və bundan utanmaq lazım deyil:

”Sadəcə, bundan sərbəst şəkildə istifadə etmək lazımdır. Əlbəttə ki, həyatını daha seksual etmək istəyənlər öz yollarını seçirlər. Amma məncə,müasir dövrün əsas şüarı formada olmaqdır. Mətbuatda məni seks-simvol kimi təqdim edirlər. Lakin etiraf edim ki, səhnədən və qırmızı xalıdan kənarda cins şalvar, rahat köynək və tünd eynəkdə mən özümü daha seksual hesab edirəm".

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)


Siena Miller: "Müasir cəmiyyətin seksual adı verdiyi məfhumların çoxu ilə razı deyiləm. Mənim fikrimcə, əgər insan özündən razıdırsa, özünü anlayırsa, əylənməyi, dost qazanmağı bacarırsa o seksualdır. Hamı seksuallıq haqqında danışır. Düşünürəm ki, susmaq özü cazibəlidir".

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)


Corc Kluni aktrisa Keyt Blanşet kimi təmkinli və zərif qadınları seksual hesab edir. Rənglərdən isə ağ və qara rəngləri seksuallığın rəngləri hesab edir:

"Çox zinət əşyaları taxanlar, xüsusilə qulağına sırğa taxan kişilər, əzələlərini nümayiş etdirənlər seksuallıqdan çox uzaqdırlar".

Ulduzların seksuallıq təsəvvürləri - (FOTO)