» » İrem rəfiqəsi haqda: "Manyak və ruhi xəstədir"

İrem rəfiqəsi haqda: "Manyak və ruhi xəstədir"

İrem rəfiqəsi haqda: "Manyak və ruhi xəstədir"
İrem rəfiqəsi haqda: "Manyak və ruhi xəstədir" Müğənni İrem Derici özü ilə bağlı hər kəsi maraqlandıran sualları cavablandırıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən xəbərinə görə, 14 kiloqram arıqlayaraq, yeni imicə sahib olan Derici sellülitləri olduğunu etiraf edib:

"Sellülitlərim və çatlarım olduğu üçün getdiyim istirahət yerini heç kimə demirəm. Yoxsa fotolarımı çəkərlər".

Sevgidən söz açan İrem "Həyatımda eşq yoxdur. Mən özümə aşiqəm" deyə, bildirib.

Rəfiqəsi Qonca Vuslateridən danışan müğənni onun ünvanına bunları deyib:

"Manyak, ruhi xəstədir. Mən özümü dəli hesab edirdim. Amma Qoncanın yanında mən çox ağıllıyam. O qədər səmimi biridir ki, onu görəndə yanaqlarını sıxıb, öpmək istəyirəm".