» » Tanınmış cütlük özəl günlərini qeyd etdilər - (FOTO)

Tanınmış cütlük özəl günlərini qeyd etdilər - (FOTO)

Tanınmış cütlük özəl günlərini qeyd etdilər - (FOTO)
Tanınmış cütlük özəl günlərini qeyd etdilər - fotolar

Türkiyəli müğənni Serdar Ortaç və xanımı Kloe Lougnan evliliklərinin ikinci ilini qeyd ediblər.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə klubunda yemək yeyən cütlük, çıxışda obyektivlərə tuş gəliblər.

Serdar 8 illik münasibəti və iki illik evliliyi geridə qoyduqlarını bildirib. Xanımı isə bunları qeyd edib:

"8 il göz qırpımında gəlib geçdi. 5 il sevgili kimi yaşamışıq. Evlənəndə zaman çox tez keçir. İnşallah 22-ci evliliyimizi qeyd edərik".

S.Ortaç özəl gündə Lougnana qızıl güllər hədiyyə etdiyini bildirib. Cütlük avtomobilə minəndə həmin güllərin üzərindəki, "Sən mənim brilyantımsan" yazısı diqqət çəkib.

Müğənni ötən günlərdə barəsində yayılan "Altı konsertə çıxsam, qumar borcum tamamilə bitir" xəbərinə aydınlıq gətirib:

"Allaha şükür, heç bir borcum yoxdur. Bir tək Allaha can borcum var".

Müğənninin müxbirlərin suallarını cavablandırarkən, irlandiyalı model xanımının onun saçlarını sığallayaraq sevgisini göstərməsi diqqətdən qaçmayıb.

Tanınmış cütlük özəl günlərini qeyd etdilər - (FOTO)

Tanınmış cütlük özəl günlərini qeyd etdilər - (FOTO)