» » "Əməliyyat olunmasaydım öləcəydim"

"Əməliyyat olunmasaydım öləcəydim"

"Əməliyyat olunmasaydım öləcəydim"
"Əməliyyat olunmasaydım öləcəydim"

Artıq çəkidən azad olmaq üçün mədəsindən əməliyyat olunan müğənni Seren Serengil ötən gün Nişantaşı səmtində görünüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, yürüşə çıxan müğənni, əməliyyatdan sonra həyatının normaya düşdüyünü bildirib. Seren Serengil bildirib ki, əməliyyata qərar verməsəydi, qan təzyiqi səbəbindən bir neçə il ancaq yaşaya bilərdi:

"Bədənimdə piylənmə gedirdi. Həkimim dərhal əməliyyata qərar verdi. Təzyiqim həddindən çox yüksəlirdi. Beyinə qan sızması riski var idi".

Nizamlı olaraq idman edən və 56 kiloya düşdüyünü deyən Serengil "18 yaşlı halıma qayıtdığım üçün çox xoşbəxtəm. Artıq dənizə gedə biləcəm" - deyə bildirib.