» » "Kiralık aşk"ın Öməri: "İlk məhəbbətim.... "

"Kiralık aşk"ın Öməri: "İlk məhəbbətim.... "

"Kiralık aşk"ın Öməri: "İlk məhəbbətim.... "
"Kiralık aşk"ın Öməri: "İlk məhəbbətim.... "

Türkiyəli aktyor Barış Arduç "Vogue" jurnalına müsahibə verib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən həmin müsahibədən bir hissəni təqdim edir:

- Çay, yoxsa qəhvə?

- Qəhvə.

- Pişik ya it?

- 2 pişiyim 1 köpəyim var. Aralarında seçim etmirəm.

- Alma, yoxsa çiyələk?

- Alma.

- Gizli bir istedadınız varmı?

- Təbil çalmağı öyrənirəm. Çala biləndə, bunu hamıya göstərməyəcəm. Gizli bir istedadım olacaq.

- İlk məhəbbətinizi xatırlayırsınızmı?

- Bəli, xatırlayıram. Anam.

- Hansı xanımları daha seksual hesab edirsiniz?

- Təbiiliyi və sadəliyi olan xanımları. Çox bəzənən xanımları sevmirəm.

- Ən sevdiyiniz türk filmi?

- Çox sevdiyim film var, amma ilk ağlıma gələn "Canım Kardeşim"dir. Bundan başqa Kadir İnanırın filmlərini çox sevirəm, xüsusilə "Selvi boylum, al yazmalım"ı.

Arduçun daxilində nə qədər - Ömər xarakteri var?

- Qismən oxşarlıqlar var. Ömər bir az sakitçiliyi, tənhalığı sevən biridir. Mən tam olaraq belə olmasam da,bəzən Ömər kimi susmağa, tənhalığa çəkilməyə can atıram. Kiminləsə ilk dəfə tanış olanda, çalışıram ilk danışan yox, dinləyən tərəf olum.

- Sevgi həyatında Ömər qədər gözləyə bilərdin?

Yəqin ki, gözləməzdim. Çünki 50 hissə boyunca secgini bildirməmək böyük səbr istəyir.