» » Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar
Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar Hollivud aktyorları da adi insanlar kimi müxtəlif hisslərə sahibdirlər.

Onların da çox sevdiyi, nifrət etdiyi insanlar əlbəttə ki, mövcuddur. Sevdikləri insanlar barədə onlar danışmağı sevirlər, nifrət etdiyi insanlar haqqında isə susmağı üstün tuturlar.

Ucarliyiq.biz xarici mətbuata istinadən bir-birinə nifrət edən məşhurları təqdim edir:

Alek Bolduin və Kim Beysincer

Nə qədər kədərli də olsa demək lazımdir ki, bu cütlük vaxtilə bir-birinə dəlicəsinə aşiq idilər. Zamanında onlar Hollivudun ən yaxşı ailələrindən biri olublar. Lakin böyüyən qızlarının tərbiyə məsələlərində fikir ayrılıqları üzündən onların münasibətləri getdikcə pisləşib. İndi isə açıq şəkildə bir-birinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər.

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar


Castin Biber OrlandoBlum

Hollivudun bu iki məşhurunun soyuq müharibəsinə səbəb qadındır. Hər şey Castinin görüşə Orlandonun rəfiqəsinin dəvət etməkdən başlayıb. Bir neçə gün sonra isə Orlandonun Castinin rəfiqəsi ilə fotoları qəzetləri bəzəyib.

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar


Maykl Bey və Meqan Foks

Hər şey Meqanın "Transformer" layihəsindən qovulmasından başlayıb. Bundan sonra aktrisa hər dəfə söhbət düşəndə Maykl barədə xoşagəlməz ifadələr işlədir, ona "Hitler" deyir. Amma məsələ ondadır ki, onu layihədən Maykl deyil, icraçı prodüser Stiven Spilberq uzaqlaşdırıb.

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar


Cennifer Eniston və Rupert Everett

Rupert Cenniferə demək olar ki, rahatlıq vermir, onun fəaliyyətini daim tənqid edir. Məsələn, bu yaxınlarda o, BBC telekanalına deyib:

"CeniferEniston kimi aktrisalar "A" kateqoriyalı aktrisaların siyahısında olmamalıdır.

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar


Ancelina Coli və Çelsi Hendler

Hadisə Çelsinin mətbuata bu açıqlamasından sonra başlayıb:

"O, dünyanın bütün ölkələrindən uşaqların kolleksiyasını toplaya bilər, amma mən onda bu hissin olduğuna inanmaram".

Bir-birinə nifrət edən Hollivud məşhurları – fotolar