» » “Məni zorla öpmək istədi”

“Məni zorla öpmək istədi”

“Məni zorla öpmək istədi”
“Məni zorla öpmək istədi” Model Şenay Akay keçən il aparıcısı olduğu proqramın çəkilişləri zamanı qonorarını almadığı üçün dalaşdığı təşkilatçılar Tolqa və Altar Sarıoğlu ilə məhkəməlik oldu.

Ucarliyiq.biz - in Türkiyə KİV-inə istinadən xəbərinə görə, Akay iki qardaşın onu otağa salıb, qapını bağlayıb, döydüklərini, cinsi təcavüz etdiklərini bildirib. O, qardaşları “cinsi hücum, yaralama, təhdid” iddiası ilə məhkəməyə verib. Tolqa Sarıoğlunun 8, Altar Sarıoğlunun isə 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Dava zamanı onu öpməyə çalışan Altarı dırnaqları ilə yaralayan Şenayı da qarşı tərəf məhkəməyə verib, 3 il azadlıqdan məhrum edilməsini tələb edib.