» » Çağatay yeni serialla efirə qayıdır

Çağatay yeni serialla efirə qayıdır

Çağatay yeni serialla efirə qayıdır
Çağatay yeni serialla efirə qayıdır

Aktyor Çağatay Ulusoyun yeni serialının hansı kanalda yayımlanacağı bəlli olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il final edən "Medcezir" serialından sonra "Delibal" filmi ilə kinosevərlərin qarışısına çıxan Ulusoy, ekranlara yenidən qayıtmağa hazırlaşır. Aktyorun "Ay Yapım"ın istehsalı olan serialda rol alacağı bəlli olub. Nümayişi sentyabrda başlayacaq serialda, aktyorun tərəf müqabilinin kim olacağı hələki müəyyən edilməyib. Adı dəqiqləşməyən ekran işinin rejissorluğunu, "Ezel", "Karadayı" və "Son" kimi reytinqli serialları çəkən Uluç Bayraktar edəcək. Maraqla gözlənilən serial Show Tv-də nümayiş etdiriləcək.