» » "Bəyaz şou" bir daha efirə qayıtmayacaq - iddia

"Bəyaz şou" bir daha efirə qayıtmayacaq - iddia

"Bəyaz şou" bir daha efirə qayıtmayacaq - iddia
"Bəyaz şou" bir daha efirə qayıtmayacaq - iddia 20 ildir ki, Kanal D-də öz şousunu təqdim edən Beyazit Öztürklə bağlı yeni iddia səsləndirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə həftə əvvəl mövsüm finalına çıxan aparıcının növbəti il efirə qayıtmayacağı deyilir. Onun sonuncu buraxılışda kövrək danışması, tamaşaçılarla fərqli vidalaşması, verilişdə qonaq olan "3 Adam"ın aparıcılarına sonda televiziya şousu ilə bağlı nəsihət verməsi bu iddiaları gücləndirib.

Lakin bunu təkzib edən iddialar da səsləndirilib. "Bəyaz şou"nun aparıcısı isə hələ ki bununla bağlı açıqlama verməyib.

Qeyd edək ki, bu mövsüm verilişində baş verən siyasi təxribatlara görə B.Öztürk gərgin anlar yaşamışdı. O, daha sonra baş verənlərə görə tamaşaçılardan üzr də istəmişdi.