» » Rza Zərrab həbsdə qaldı - yeni qərar

Rza Zərrab həbsdə qaldı - yeni qərar

Rza Zərrab həbsdə qaldı - yeni qərar
Rza Zərrab həbsdə qaldı - yeni qərar

ABŞ-da həbs olunan iş adamı Rza Zərrabla bağlı növbəti qərar açıqlanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Ebru Gündeşin həyat yoldaşı olan Zərrab vəkili Bencamin Brafman vasitəsilə məhkəməyə 10 milyonu nağd olmaqla 50 milyon dollar təzminatla azadlığa buraxılma tələbini irəli sürmüşdü.

Nyu-York cənub bölgəsinin hakimi Prit Bharara məhkəmənin Cənubi Azərbaycanlı iş adamının təzminatla azadlığa çıxmasının əleyhinə qərar verdiyini bildirib.

Xatırladaq ki, R.Zərrab E.Gündeş və qızı ilə birgə Mayamidə istirahət edərkən həbs olunub. ABŞ hökuməti ona qarşı fırıldaqçılıq, "çirkli pullar"ın yuyulması ittihamıyla iş açıb.