» » Demet Akalın: “Mən bahalı evlərdə böyüməmişəm”

Demet Akalın: “Mən bahalı evlərdə böyüməmişəm”

Demet Akalın: “Mən bahalı evlərdə böyüməmişəm”
Demet Akalın: “Mən bahalı evlərdə böyüməmişəm”

Türkiyəli müğənni Demet Akalın haqqında yayılan xəbərlərə münasibət bildirib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnstagram hesabında günəşlənərkən çəkdirdiyi fotosunu paylaşan sənətçi ictimai çimərlikdə istirahət etdiyini yazıb.

Bununla Demet Akalın günü 1000 lirəlik ev tutması ilə bağlı deyilənləri təkzib edib:

“Ümumi çimərlikdəyik, heç kim heç kimə baxmır. Dəniz tərtəmizdir. “Günü 1000 lirəyə ev tutub” deyənlərə salam olsun. Mən Gölçük qızıyam, bahalı evlərdə böyüməmişəm”.

Qeyd edək ki, bir müddət öncə Demet Akalının həyat yoldaşı Okan Kurt və qızı Hira ilə birgə Bodrumda istirahət etməsi və qaldıqları evin günlük ödənişinin 1000 lirə olması ilə bağlı xəbərlər yayılmışdı.

Demet Akalın: “Mən bahalı evlərdə böyüməmişəm”