» » Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi

Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi

Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi
Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi

Məşhur aktyor Ozzi Osbornun müğənni qızı Kelli Osborn başına tatu etdirib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, o, bu addımı ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda 49 nəfərin ölümü, 53 nəfərin yaralanaması ilə nəticələnən qətliamı lənətləmək məqsədilə atıb.

Başına “solidarty” (“həmrəylik”) sözünü yazdıran Kelli bu haqda çoxdan düşündüyü söyləyib:

“Biz birlikdə böyük gücə və harmoniyaya sahibik. Bu hadisə məni çox kədərləndirdi və həyatımızın hər anının xüsusi dəyərə sahib olduğunu xatırlatdı. Hər bir insan qiymətlidir. Möhkəm sevin. Asan və səmimi yaşayın. Sən tək deyilsən”

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı zamanı insanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.


Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi

Həmrəyliyə səsləmək üçün başına tatu etdirdi