» » "Qardaşımın vəziyyəti ağırdır, dua edin" - Kadir Doğulu

"Qardaşımın vəziyyəti ağırdır, dua edin" - Kadir Doğulu

"Qardaşımın vəziyyəti ağırdır, dua edin" - Kadir Doğulu
"Qardaşımın vəziyyəti ağırdır, dua edin" - Kadir Doğulu

"İşte benim stilim"in münsifi olmaqla məşhurlaşan modelyer Kamal Doğulunun vəziyyəti ilə bağlı yeni xəbər var.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, yaşadığı evin pilləkəndən yıxılaraq qan içində qalan, sonra tapılaraq xəstəxanaya çatdırılan modelyerin vəziyyəti ağırdır. Bu barədə onun qardaşı, aktyor Kadir Doğulu İnstaqramda yazıb:

"Qardaşımın vəziyyəti ağırdır, dua edin. Həkimlər əllərindən gələni edirlər. Bütün ailə ilə yanındayıq. Gərgin günləri keçməsi üçün dua edirik. Bu müqəddəs günlərdə qardaşım üçün dua edin. Əvvəl qardaşım sağalsın, daha sonra nə baş verdiyi deyilər. Ailəmizdən başqa heç kimin açıqlamasını ciddiyə almayın".

Məşhur ulduzun yaxın dostları Çağla Şikel, Hande Yener, Hakan Akkaya və Öykü Serter xəstəxanaya gediblər. Ç.Şikel mediaya "Qorxulu bir şey yoxdur. Reanimasiyada olsa da, həyatı üçün təhlükə sovuşub. Evdə tək olduğu üçün saat yarım sonra tapılıb" açıqlamasını verib.