» » "Mənim yaşadıqlarımı uşaqlarım yaşamayacaq"

"Mənim yaşadıqlarımı uşaqlarım yaşamayacaq"

"Mənim yaşadıqlarımı uşaqlarım yaşamayacaq"
"Mənim yaşadıqlarımı uşaqlarım yaşamayacaq" Aktrisa Bleyk Layvli aktyor həyat yoldaşı Rayan Reynoldsla evliliyi barədə danışıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 28 yaşlı aktrisa uşaqlarını Hollivud dünyasından kənarda böyütmək istəyir. 18 aylıq bir qızı olan, hazırda isə ikinci uşağına hamilə qalan Bleyk uşaqların onun böyüdüyü kimi böyumələrini istəmir:

"Rayan son dərəcə yaxşı adamdır. Uşaqlarımızla birlikdə ailəmizi mümkün qədər gözdən uzaq və normal yaşamaq istəyirik. Şöhrətə görə onların həyatlarını oğurlamaq istəmirik. Bu, eqoistlik olardı. Mənim yaşadıqlarımı uşaqlarım yaşamayacaq. Ən ideal günüm belə təsəvvür edirəm: yatmaq, ailəmlə vaxt keçirmək, yemək bişirmək, birgə yemək, birgə televizor izləmək..."

R.Reynoldsla 2012-ci ildə ailə quran aktrisa xoşbəxt ailənin tərifini də verib:

"Bilirəm ki, həyatım boyu ən yaxın dostum Rayan olacaq. Bu, mənim üçün hər şeydən daha önəmlidir. Onun kimi bir dosta sahib olmaq hissini daha əvvəl heç yaşamamışdım. Ona aşiq olmasaydım, onunla dost qalmağa çalışardım. Dostluq sevgidən daha önəmlidir".