» » Burcu Esmersoy 28 saniyəyə 500 min qazandı

Burcu Esmersoy 28 saniyəyə 500 min qazandı

Burcu Esmersoy 28 saniyəyə 500 min qazandı
Burcu Esmersoy 28 saniyəyə 500 min qazandı Türkiyənin tanınmış aparıcısı Burcu Esmersoy yeni reklam çarxına çəkilib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, teleaparıcı vitamin tərkibli qida məhsulunun təqdimatında iştirak edib.

B. Esmersoy 28 saniyəlik filmdən 500 min lirə (təxminən 260min manat) qazanc əldə edib. Qeyd edək ki, Burcu Esmersoy türkiyəli məşhurlar arasında ən çox reklam gəliri əldə edənlərdən biridir. Aparıcı bir müddət əvvəl turizm şirkəti ilə 300 min lirəlik (təxminən 160 min manat) müqaviləyə imza atmış, daha sonra qida və kosmetika reklamında iştirak etmək üçün 400 min lirə (təxminən 200min manat) almışdı.