» » Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)

Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)

Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)
Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - fotolar Danimarkaya köç edən mültəcilər arasındakı suriyalı qızcığazla yolun ortasında oyun oynayan polis məmuru bir anda məşhur olub.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, qaçqın düşən suriyalı uşağı əyləndirən polisə dünyanın hər yerindən evlilik təklifi edilir. Polis təşkilatı və qəzetlərə göndərilən məktublarda qadınlar “Beləsi üçün mən də sərhədləri keçərəm” yazırlar.

Qeyd edək ki, Danimarka ilə Almaniyanın sərhəddində yerləşən Yulland yarımadasında şosse yolda polis məmurunun qaçqın uşaqla oynayarkən çəkilmiş fotolarında ovcunda nəyisə gizlədən suriyalı qız “tap görüm, hansındadır?” deyir. Bəzi ölklərin sərhəddində qaçqınlara qarşı amansız davranışlardan fərqli olaraq, bunun qarşılığında gülərüzlülük və sevgi görən qızcığaz çox sevinir.

Polisin bu davranışı isə bütün dünya tərədindən alqışlanıb. Xüsusilə onun bu jesti qadınların çox xoşuna gəlib. Hətta polisə evlilik təklifi edənlərdən biri məktubunda “Onun kim olduğunu bilmirəm, amma o polisdən ötrü mən də sərhədləri aşaram. Həm yaxşı insan, həm də yaraşıqlı biri olduğu üçün” yazıb.

Qeyd edək ki, fotolar “BT” qəzetinin müxbiri Klaus Fisker tərəfindən çəkilib.

Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)

Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)

Bu polisə dünyanın hər yerindən evlilik təklifi edilir - (FOTO)