» » Sezen Aksu homoseksuallara dəstək oldu

Sezen Aksu homoseksuallara dəstək oldu

Sezen Aksu homoseksuallara dəstək oldu
Sezen Aksu homoseksuallara dəstək oldu

Müğənni Sezen Aksu iyunun 26-da İstanbulun Taksim meydanında planlaşdırılan LGBT (homoseksualların hüquqlarını qoruyan təşkilat) yürüşünə dəstək olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "LGBT-yə salam olsun, qəlbim və dualarım sizinlə" cümləsinin yer aldığı fikirlərini paylaşıb:

"Bir yerdə yaşamaq və fərqliliklərə xoş niyyətlə yanaşmaq saf bir arzu, çağırış olaraq qalır... Bizə bənzəməyənlərə dözə bilmirik, ancaq ölümü ətrafımıza saran təhdidlərə fikir vermirik. Günlər keçdikdə zorakılığa daha da öyrəşirik.

Heç bir zorakılıq insanı təbiətindən, inandığından qopara bilməz. Bir müddət unutdurar, amma yox edə bilməz. Bir canlının təbiətin yaratdığı kimi qəbul etməmək, ona hücum boş yerə çaba göstərməkdir. Zorakılıq heç vax qazana bilməz, sonunda sevgi qazanır..."

Qeyd edək ki, "Alperen ocaqları" təşkilatı "Hər şeyi gözə alaraq" yürüşə mane olacaqlarını bildiriblər. İstanbul əyalət başçısı Kürşat Mican də dövlətə çağırış edərək vəziyyət barədə tədbir görmələrini istəyib:

"Ya lazım olanı edin, ya da biz birbaşa yürüşə mane olacağıq".