» » İlk "Aşk-ı Memnu"nun "Bihter"i Türkiyəni tərk etdi

İlk "Aşk-ı Memnu"nun "Bihter"i Türkiyəni tərk etdi

İlk "Aşk-ı Memnu"nun "Bihter"i Türkiyəni tərk etdi
İlk "Aşk-ı Memnu"nun "Bihter"i Türkiyəni tərk etdi

Aktrisa və aparıcı Müjde Ar Türkiyəni tərk edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 61 yaşlı sənətçı keçən il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı paylaşımından sonra ölkədən getmək barədə düşünməyə başlayıb. O, seçkiləri tənqid edərək "heç kim ifadə azadlığı haqda danışmasın" yazaraq diqqətləri üzərinə çəkmişdi.

Həmin hadisədən sonra M.Ar həyat yoldaşı Ercan Karakaşla birgə Yunanıstana aid 12 adadan ən böyüyü olan Rodosda yaşamağa qərar verib. Bir müddətdir orada yaşayan aktrisa Türkiyəyə qayıtmayacaq. O, hətta iyulda çəkilişləri başlayacaq bir filmdəki baş rolundan imtina edib.

Qeyd edək ki, Müjde Ar 1975-ci ildə çəkilən "Aşk-ı Memnu" serialında Bihter obrazını canlandırdıqdan sonra məşhurlaşıb.

İlk "Aşk-ı Memnu"nun "Bihter"i Türkiyəni tərk etdi