» » "Arda sənə görə qol vura bilmədi, Sinem"

"Arda sənə görə qol vura bilmədi, Sinem"

"Arda sənə görə qol vura bilmədi, Sinem"
"Arda sənə görə qol vura bilmədi, Sinem"

Keçən ay aktyor Kenan İmirzalıoğlu ilə ailə quran aktrisa Sinem Kobal keçmiş sevgilisinə görə ittiham edilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə futbol yığması Avropa çempionatında İspaniyaya 0:3 hesabı ilə məğlub olduğu üçün bəzi fanatlar Sinemi günahlandırıb. Onlar futbolçu Arda Turanın yaxşı oyun göstərə bilməməsinin səbəbini keçmiş sevgilisi Sinemin ailə qurmasıyla əlaqələndiriblər.

İstifadəçilərdən bəziləri aktrisanın İnstaqram səhifəsində "Arda sənə görə qol vura bilmədi. Kaş ki daha sonra ərə getsəydin" tərzli mesajlar yazıblar. S.Kobal isə həmin mesajları silib.

Qeyd edək ki, A.Turan hazırda Aslıhan Doğanla sevgilidir.