» » "Arvadına, qızına yedirdiyin haramın hesabın ver"

"Arvadına, qızına yedirdiyin haramın hesabın ver"

"Arvadına, qızına yedirdiyin haramın hesabın ver"
"Arvadına, qızına yedirdiyin haramın hesabın ver"

Aktyor Şahan Gökbahar məhkəməlik olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Recep İvedik 4" filmindən payına düşən 25 milyon lirəlik ala bilmədiyi üçün filmin qazancı ilə məşğul olan firmanın sahibi Murad Akdileyi məhkəməyə vermişdi.

Bu yaxınlarda isə o, Tvitterdə M.Akdilekə "Sən nə qıcıq adamsan, əsl döyülməliksən. 25 milyonumu oğurladın, oğru. Arvadına, qızına yedirdiyin haramın hesabın ver, utanmaz" şəklində mesajlar yazıb.

Akdilek aktyoru məhkəməyə verib. Prokurorluqda Şahanın 2 il həbs olunması barədə dava açılıb. Məhkəmə yaxın günlərdə baş tutacaq.