» » Emrahın oğlundan atasına qınaq dolu təbrik: "Allah bağışlamaz"

Emrahın oğlundan atasına qınaq dolu təbrik: "Allah bağışlamaz"

Emrahın oğlundan atasına qınaq dolu təbrik: "Allah bağışlamaz"
Emrahın oğlundan atasına qınaq dolu təbrik: "Allah bağışlamaz"

Müğənni Emrahın oğlu Tayfun Erdoğanın "Atalar günü"ndə paylaşdığı mesaj çoxlarını təəccübləndirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, küsülü olduğu atasını qınaq dolu sözlərlə təbrik edib:

"50 il də keçsə, bəlkə görüşməyəcəyik, danışmayacağıq, başımızı da çevirməyəcəyik. Amma mən bir insanam və Allahın mənə verdiyi bir vicdan, anamın verdiyi xarakter var. Bu gün sənsiz keçirəcəyim 25 illik bir Atalar günümdü. Bu fotonu paylaşdım, çünki səni hiss etdiyim yeganə andır. Çünki sən yoxmuş kimi davrana bilmərəm. Hər şeydən əvvəl Allah bağışlamaz. Bioloji atamsan, hər zaman da belə qalacaqsan. Atalar günün mübarək, adam".