» » "Anamı ağladanları bağışlamayacağam" - Arda Turan

"Anamı ağladanları bağışlamayacağam" - Arda Turan

"Anamı ağladanları bağışlamayacağam" - Arda Turan
"Anamı ağladanları bağışlamayacağam" - Arda Turan

Dünən Türkiyə futbol yığması Avropa çempionatında Çexiyanı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələ üçün şansını saxlayıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, komandanın ilk oyunlardakı məğlubiyyəti səbəbindən təhqir olunan Arda Turan dünənki qələbədən sonra açıqlama verib:

"Xoşbəxtik, heç kimdən küsməmişik. İnşallah dualarla 16 komandanın arasına düşün. Futbolda qazanmaq, uduzmaq var, amma insanların ailələrindən daha vacib deyil. Bu ölkə üçün 90 oyun oynadım, 5 pis oynadığım oyunun adını çəkənə bütün sərvətimi verərəm. İnsanları başa düşmək çətindir. Mənim üçün problem yoxdur, amma anamı ağlatmamalı idilər. Bunu bağışlamayacağm. Komandanın ailələrinə söz söyləməyə heç kimin haqqı yoxdur. Ölkəmiz, formamız, şərəfimiz üçün oynayırıq. Anamı ağladanların hər birin tək-tək inticavab verəcək".

Qeyd edək ki, Türkiyə-İspaniya oyununda stadionda fanatların Ardanı təhqir etmələrinə dözməyən sevgilisi Aslıhan Doğan da tribunaları ağlayaraq tərk etmişdi.