» » Maykl Ceksonun həyatından serial çəkilir

Maykl Ceksonun həyatından serial çəkilir

Maykl Ceksonun həyatından serial çəkilir
Maykl Ceksonun həyatından serial çəkilir

50 yaşında dünyasını dəyişən pop musiqisinin kralı Maykl Ceksonun həyatına aid serial çəkilir.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, C.C.Abrams bir çox səs gətirən layihələrindən sonra bu addımı atacaq.
O, Maykl Ceksonun həyatının son günlərindən ibarət televiziya serialı çəkəcək. Abrams “Mühakimə etmədən öncə: Maykl Ceksonun son günlərinin zəfəri və tragediyası” kitabından təsirlənəcək. O, kitabın yazarı olan Trasiv Smayli ilə reallaşdıracağı layihənin nə zaman ərsəyə gələcəyini açıqlamayıb.

Qeyd edək ki, Maykl Cekson 50 yaşında normadan artıq sakitləşdirici istifadə edərək dünyasını dəyişmişdi. İfaçının ölümü ilə bağlı bir çox qaranlıq məqamların olduğu da istisna edilmir.