» » Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi
Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

Müğənni Harun Kolçak reanimasiyaya yerləşdirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, qəflətən vəziyyəti pisləşən ifaçının vəziyyəti ağırdır. H.Kolçakla işləyən şirkət açıqlamasında müğənninin əməliyyat olunduğunu bildirib:

"25-ci sənət ili layihəsi üçün birgə işlədiyimiz Harun Kolçak bir müddətdir mübarizə apardığı xəstəliyinə görə dünən gecə təxili xəstəxanaya aparılaraq ciddi əməliyyat keçirib. Reanimasiyadan çıxdıqdan sonra vəziyyəti barədə açıqlama verəcəyik".

Müğənninin prostat xərçəngi olduğu, əməliyyatdan sonra isə bağırsaqlarına infeksiya düşdüyü üçün vəziyyətinin ağırlaşdığı bildirilib.