» » Bred Pitt və Ancelina Coli boşanacaq - pul və qısqanclıq

Bred Pitt və Ancelina Coli boşanacaq - pul və qısqanclıq

Bred Pitt və Ancelina Coli boşanacaq - pul və qısqanclıq
Bred Pitt və Ancelina Coli boşanacaq - pul və qısqanclıq

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin boşanacağı haqda xəbərlər gündəmdən düşmür.

Ucarliyiq.biz xəbər verir ki, Qərb mediası cütlüyün ayrılmaz olduğunu düşünsə də, onların son zamanlar tədbirlərdə, səyahətlərdə ayrı görünmələrini birmənalı qarşılanmayıb. Bir neçə gün əvvəl Ancelina oğulları Medoks və Noksla birgə Nyu-Yorkdan Los-Ancelesə gələrkən hava limanında görünüb.

Tanınmış cütlüyün əsas problemlərindən birinin maddiyat olduğu söylənilir. Onlar arasında ziddiyət Fransadakı evləri ilə başlayıb. Ancelina evi satmaq istəsə də, Pitt buna mane olub. Aktrisa Londona köçərək siyasi fəaliyyətini genişləndirmək istəyir. Eyni zamanda Coli gəlirli müqavilələrdən imtina edərək fəaliyyətini sosial layihı və xeyriyyə tədbirlərinə daha çox vaxt ayırlmaq istəyir. B.Pitt bunun ailənin büdcəsinə 30 milyon dollara başa gəldiyini deyib.

Media bir çox şeyləri də buna qataraq ikilinin yaxın zamanda ayrıla biləcəyini iddia edir. Eyni zamanda B.Pittin aktrisaya xəyanət etməsi vəziyyəti qəlizləşdirib