» » Müğənni jurnalistləri xəstəxanadan qovdu

Müğənni jurnalistləri xəstəxanadan qovdu

Müğənni jurnalistləri xəstəxanadan qovdu
Müğənni jurnalistləri xəstəxanadan qovdu

Müğənni Emrah bu gün həyat yoldaşı və uşağıyla birgə sənətçi Harun Kolçakı ziyarət etmək üçün xəstəxanaya gedib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, reanimasiyada olan ifaçının vəziyyətini öyrənməyə gələn Emrah xəstəxanadakı jurnalistləri görüncə əsəbiləşib. O, bütün mühafizəçiləri çağıraraq "Bunları qovun, istəmirəm onları" deyib. Emrah media nümayəndələrinin xəstəxanaya onu və ailəsini çəkmək üçün gəldiklərini zənn edib.

Ailəsiylə xüsusi otağa keçən müğənni anlaşılmazlığın olduğunu öyrənsə də, jurnalistlərdən üzr istəməyib.

Emrahın meneceri açıqlamasında hadisəni qismən də olsa təsdiq edərək "telefonla fotolarını çəkmək istəyənlərə etiraz etdi, amma təhqir yox idi" açıqlamasını verib.