» » Aktyor homoseksual oğlundan imtina edibmiş - foto

Aktyor homoseksual oğlundan imtina edibmiş - foto

Aktyor homoseksual oğlundan imtina edibmiş - foto
Aktyor homoseksual oğlundan imtina edibmiş - foto

Hazırda reanimasiyada olan müğənni Harun Kolçakın bir qardaşı da varmış

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, H.Kolçak "Yeşilçam" film dövrünün məşhur aktyoru Eşref Kolçakın oğludur. İddia edilir ki, E.Kolçak digər oğlunu homoseksual olduğu üçün rədd edib. 1990-cı illərdə müğənniliklə məşğul olan Devran Çağlar atası olduğu iddia etdiyi Eşrefi günahlandırıb:

"Atam yeniyetməlik dövrünə girdiyim zaman cinsi fərqliliyimə görə məni çox görməməzlikdən gəldi. Deyirdi ki, "Mənim kimi adamın oğlu belə ola bilərmi? Bu, mənə yaraşarmı?". Mən də bir müddət hisslərimə mane olmağa çalışdım, alınmadı. Bu, mənə verilmiş bir hissiyat idi, rədd edə bilməzdim. Atama həyatımı bu istiqamətdə yaşayacağımı dedikdə əsəbiləşdi və məni həyatından çıxardı. 20 ildir sənətdəyəm, amma atamla rastlaşmamışam. Bu küskünlüyün bitməsini, ailəmin yanında olub onlara sarılmağımı istəyirəm".

Aktyor homoseksual oğlundan imtina edibmiş - foto