» » Tətildən qayıdan Kıvanç və Başak yenidən istirahətə gedirlər

Tətildən qayıdan Kıvanç və Başak yenidən istirahətə gedirlər

Tətildən qayıdan Kıvanç və Başak yenidən istirahətə gedirlər
Tətildən qayıdan Kıvanç və Başak yenidən istirahətə gedirlər

Türkiyədə xeyriyyə məqsədilə təşkil edilən dəfilədə məşhurların köhnə geyimləri satışa çıxarılıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə Çağla Şikel, Ayşe Tolqa, Dəniz Marsa, Tanem Sivar kimi tanınmışların libasları satılıb.

Amma həmin məşhurlar tədbirə qatılmayıblar. Gecəyə gələnlər arasında aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizər də olub. O, tətildən yeni qayıtdıqlarını, amma yenidən ölkə xaricinə istirahətə gedəcəklərini söyləyib. Başak Tatlıtuğun yeni mövsümdə serialının başlayacağını xatırladaraq istirahətin dadını çıxardıqlarını vurğulayıb:

“Bu, son səyahətlərimizdir. Ağır iş rejimi bizi gözləyir. Mən də yeni mövsümdə olduqca ağır rejimdə çalışacağam, amma təbii ki, hər fürsətdə birlikdə olacağıq”.