» » 10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi

10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi

10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi
10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi

Evliliklərinin 10-cu ilini qeyd edən aktrisa Nikol Kidmana həyat yoldaşı, musiqiçi Keyt Urban tərəfindən sürpriz edilib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 2006-cı ildə Sidneydə ailə quran 49 yaşlı N.Kidman və 48 yaşlı, 4 "Qremmi" mükafatlı K.Urban ildönümlərini sosial media paylaşımı qeyd ediblər. Urban həyat yoldaşı ilə tanış olduqdan dəqiqələr sonra çəkilən birgə fotolarını izləyiciləri ilə bölüşüb. Fanatlar 2005-ci ildə çəkilən fotoda Nikolun Urbanı bəyənmədiyinin hiss olunduğunu zarafatla qeyd ediblər.

10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi


Qeyd edək ki, aktyor Tom Kruzla 11 illik evlilikdən sonra 2001-ci ildə boşanan Nikolun Keyt Rouz ilə evliliyindən Sandi Rouz və 2010-cu ildə surroqat ana vasitəsi ilə dünyaya gətirdiyi Feyt Marqaret adlı iki qızı var. Kidman T.Kruzla evliliyi zamanı da iki uşağı övladlığa götürmüşdü.

10 illik həyat yoldaşını bu foto ilə təbrik etdi