» » "Survivor"dakı bu etiraf Acunu heyrətləndirdi

"Survivor"dakı bu etiraf Acunu heyrətləndirdi

"Survivor"dakı bu etiraf Acunu heyrətləndirdi
"Survivor"dakı bu etiraf Acunu heyrətləndirdi

Dünən "Survivor"da növbəti yarımfinalçı bəlli olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatlna görə, Damla Nagihan və Semihi sms səsverməsində üstələyərək yarımfinala adlayıb. O, bu mərhələdə Atakanla üz-üzə gələcək. Serkay isə artıq finaldadır.

Dünənki efirin maraqlı tərəflərindən biri də Damlanın Nagihan haqda etirafı olub:

"Nagihanla indiyə qədər heç danışmamışıq. Bir tək sonuncu gün birlikdə yemək bişirdik. Çünki iki qızın mübarizəsi fərqli idi. Nagihanla mən oyuna çox adaptasiya olmuşduq. Oyundan əvvəl bir-birimizə heç uğurlar da arzu etmədik. Yəqin ki, peşəkar olmağa çalışdıq".

Aparıcı Acun İlıcalı bundan çox təəccübləndiyini bildirib:

"Bu hadisəni eşidəndən "Survivor"dakı ən böyük şoklarımdan birini yaşadım. Eyni adada iki aya yaxın yaşayıb tək kəlmə belə danışmamısınız".