» » Mustafa Ceceli üzr istədi: “Özümə yaraşdırmadım”

Mustafa Ceceli üzr istədi: “Özümə yaraşdırmadım”

Mustafa Ceceli üzr istədi: “Özümə yaraşdırmadım”
Mustafa Ceceli üzr istədi: “Özümə yaraşdırmadım”

Məşhur sənətçi Mustafa Ceceli ona “oruc tutmur” deyən izləyicisini sərt tənqid etdikdən sonra peşman olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bu haqda Tvitter hesabında yazaraq üzr istəyib:

“Sevgili dostlar, dünən yazdığım yazını öz üstünə götürənlər olub, onlardan üzr istəyirəm. Sonra oxuyanda mən də bu üslubu özümə yaraşdırmadım. Hacı Bektaş Velinin “İncinsen de incitmə” sözü mənə dərs olsun. Sevgiylə…”

Xatırladaq ki, Mustafa Ceceli ona şər atan izləyicinə əsəbiləşərək “Bir şərəfsiz 5 yaşlı oğlumun yeməyini qoyub mənim oruc tutmadığımı iddia edib. Allah cəzanı versin, soysuz. Yazdım, anlamadınız, bir daha yazım, bunlara heyvan demək heyvanlara təhqidir. Mən üzüağ Allaha hesabımı verərəm, amma böhtan atanlar sonsuza qədər cəhənnəm çuxurunun qonağıdır. Gözünüz dönüb, qansızlar” yazmışdı.