» » Erməni əsilli müğənni İstanbuldakı terror haqda yazdı: "Üzr istəyirəm..."

Erməni əsilli müğənni İstanbuldakı terror haqda yazdı: "Üzr istəyirəm..."

Erməni əsilli müğənni İstanbuldakı terror haqda yazdı: "Üzr istəyirəm..."
Erməni əsilli müğənni İstanbuldakı terror haqda yazdı: "Üzr istəyirəm..."

İstanbulda Atatürk hava limanında baş verən terror hücumundan sonra dünya ulduzları Türkiyəyə dəstək və terrora etiraz mesajları paylaşıblar.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, əslən erməni, ABŞ-lı müğənni Şer (Cher) də sosial mediadan paylaşım edib. Lakin o, "Türkiyə hava limanındakı məsum insanlar üçün dua edirik" mesajının sonunda bomba və partlama emojisi qoyduğu üçün tənqid olunub. İstifadəçilər 70 yaşlı ifaçını "səmimi olmamaqda" günahlandırıblar. Onlar başsağlığı mesajında belə işarələrə yer verilməsinin doğru olmadığını bildiriblər:

"- Şer, sənin köməyə ehtiyacın var. Belə bir faciə üçün bu tip emojilər istifadə edilməz.
- Doğurdan? Bomda? Bir az böyü...
- Çox hissiyatsız birisən".

Bütün bunlardan sonra Şer üzr istəyərək "Yersiz və zamansız bomba emojisini düşünürəm. Bəhanəsi yoxdur. 140 işarədən daha çox şey demək istədiyim üçün onlardan istifadə etdim. Üzr istəyirəm" yazıb.

Erməni əsilli müğənni İstanbuldakı terror haqda yazdı: "Üzr istəyirəm..."