» » Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)
Ərləri homoseksual olan məşhur qadınlar - fotolar

Bəzi məşhurlar həyat yoldaşlarının homoseksual və ya biseksual olduğunu çox gec biliblər.

Bəziləri evləndikləri insan haqda bunu öyrəndikdən sonra boşanıb, bəzisi isə ömrünün sonuna qədər dost qalıb.

Ucarliyiq.biz "Hürriyet"ə istinadən haqqında heç bir şey bilmədən qeyri-ənənəvi orientasiyalı kişilərlə evlənən və onlardan uşağı olan məşhur qadınları təqdim edir.

Berri Berenson Hiçkokun "Psyho" ("Psix") filmi ilə məşhur olan Entoni Perkinslə evli olub. Perkins eyni zamanda həmcinsləri ilə də münasibət saxlasa da, cütlük heç zaman boşanmayıb. Onların iki uşağı dünyaya gəlib. Perkins 1992-ci ildə dünyasını dəyişib. Berri Berenson isə 11 sentyabrda Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə çırpılan təyyarədə ölüb.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


"N Sync" qrupunun üzvü Lans Bass aktrisa Daniella Fişellə sevgili olub. Bass homoseksual olduğunu Fişeldən ayrıldıqdan 6 il sonra etiraf edib.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


"Ulduz müharibələri" filmində canlandırdığı şahzadə Leya obrazı ilə tanınan Karri Fişer də həqiqəti bilmədən Brayan Lord ilə ailə qurub. Ancaq üç il sonra hər şey ortaya çıxdıqda boşanıb.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


Liza Minelli 1967-1974-ci illər arasında musiqiçi Peter Allen ilə evli olub. Allen sonra homoseksual olduğunu və başqa bir həmcinsi ilə münasibət yaşadığını etiraf edib. Qəribədir ki, Minellinin anası Cudi Qarland da rejissor Vinsent Minelli ilə evli olub və onun homoseksual olduğunu sonradan bilib.
Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


"The Nanny" adlı serialla tanınan Fran Dreşer prodüser Peter Mark Yakobson ilə 1978-1999-cu illər arasında evli olub. Yakobson boşanandan sonra özü haqda etiraf edib. Daha sonra cütlük öz həyatları haqda "Xoşbəxt boşanma" adlı serial hazırlayıblar.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


"Oskar"lı rejissor Toni Riçardson 1962-67-ci illərdə aktrisa Vanessa Redqreyv ilə evli olub. Cütlüyün iki qızı dünyaya gəlib. Riçardson QİÇS xəstəliyinə yoluxduqdan sonra həqiqəti açıqlayıb, 1991-ci ildə isə vəfat edib.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


Betsi Dreyk bir vaxtların məşhur aktyoru Keri Qrantın ikinci həyat yoldaşı olub. Qrantla birgə bir neçə filmdə rol alan Dreyk onunla evləndikdən qısa müddət sonra boşanıb. K.Qrant həmcinsi, aktyor Randolf Skottla 10 il sevgi münasibəti saxlayıb. Amma Qrant həyatında 4 dəfə ailə qurub.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


Angela Landsburri də 1945-46-cı illərdə Riçard Kromvellə evli olub. Həqiqət ortaya çıxdıqdan sonra boşansalar da, cütlük aktyorun ölümünə qədər dost qalıb.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)


Filis Qeyts 1985-ci ildə QİÇS-dən ölən Rok Hudzon ilə ailə qurub. Ancaq onun homoseksual olduğunu biləndə boşanıb. Qeyts xatirələrində "ərə gedəndə ona aşiq idim, homoseksuallığın nə olduğu haqda heç bir fikrim yox idi" yazıb. Ancaq cütlüyün dostları Qeytsin həqiqəti uzun müddətdir bildiyini, lakin təzyiqlərdən qorxduğu üçün gizlətdiyini deyirdilər.

Ərləri homoseksual olan məşhur qadınlar - (FOTO)