» » Hadisə 250 min uduzdu
Hadisə 250 min uduzdu
Hadisə 250 min uduzdu Bir vaxtlar siması olduğu firma türkiyəli müğənni Hadisəni məhkəməyə berib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, şikayətdə ifaçının müqavilədəki şərtlərə zidd hərəkətlər etdiyi iddia olunub.

Müqaviləyə əsasən Hadisə 1 il ərzində heç bir reklam çarxında çəkilməməli, heç nəyin siması olmamalıydı. Buna əməl etməyən müğənni qarşı tərəfə 250 min avro ödəməli olacaq.

Məhkəmə qərarında bildirilib:

“Şikayətçi “DSM group” şirkəti tərəfindən edilən Hadisə əleyhinə şikayət qəbul olunub. Qərara əsasən 250 min avro noyabrın 26-sı 2012-ci ildən qüvvədədir. Pul ən yüksək faizi ilə alınacaq və qarşı tərəfə ödəniləcək”.