» » "Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda

"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda

"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda
"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda

Azərbaycanlı model Günay Musayeva və aktyor Tolqa Karelin boşanması haqda xəbər vermişdik.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, 8 dəqiqəlik məhkəmədən sonra tərəflər qarşılıqlı razılıq əsasında boşanıblar. Məhkəmə binasından ilk ayrılan Günay olub. O, boşanma barədə sualları "artıq onunla bağlı heç bir şey danışmağımıza ehtiyac yoxdur" deyərək cavabsız buraxıb.

T.Karel isə Günaya qarşı fiziki təzyiq göstərməsi xəbərinə belə reaksiya verib:

"Belə bir şey olmayıb. Övladımıza görə çox danışmağın mənası yoxdur. Bir ata olaraq vəzifəmi yerinə yetirdim, yetirəcəyəm. Bundan sonra uşağımız üçün dost qala bilsək, nə xoşbəxtik".

Aktyor nə üçün boşandıqları haqda da danışıb:

"Sevmədiyim, artıq sevə bilmədiyim bir qadınla evli qalmağın bir mənası olduğunu düşünmürəm".

Ataşehir və Beylerbeyində yerləşən mənzillərini satan Karel ABŞ-a köçəcəyini deyib.

Qeyd edək ki, Günay Musayeva sosial şəbəkədə özünün və vəkilinin adından media nümayəndələri və ictimaiyyət üçün açıqlama yaymışdı:

"...Uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan hüquqi müddət içərisində uşağımın xətri üçün, xarakterimdən irəli gələn güclə, səbrlə gözlədim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı kimi oğlum Cihangir Candır. Bu tarixədək bioloji atasının uşaqla maraqlandığı istiqamətində yayılan əsassız xəbərlərə görə, təəssüf ki, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə maraqlanacağına ümid edirəm. Bundan sonra adımın heç bir şəkildə Tolqa Karellə hallandırılmasını istəmirəm. Bu qərarıma sayğı göstərilməsinə ümid edirəm".

"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda

"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda

"Sevmədiyim, sevə bilmədiyim qadın..." - Tolqa Günay haqda